
Bakı40
Şirniyyat Ədədli Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Negotiable
Şirniyyat Ədədli Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri
Analyzed2 days ago
CityBakı
Date
Views40
Number№5983532
Description
İstehsalat və Texnologiya tərəfi:· İstehsalat təcrübəsi ilə nəzarət: Şirniyyat ədədli kateqoriyasındakı (konfetlər, karamel, draje, marmelad, sufle, jele, pryanik, peçenye, vafli, keks, rulet və digər ədədli şirniyyat məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.· Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (rütubət, Brix, pH, yağlılıq, tekstura, konsistensiya, dad, qoxu və s.) texnoloji cəhətdən yoxlamaq.· Xammal auditi: Şəkər, un, kakao, şokolad və kakao məhsulları, bitki yağları, süd məhsulları, yumurta məhsulları, qlükoza/invert şərbəti, jelatin, pektin, aromatizatorlar, rəngvericilər və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.Satınalma və Kommersiya tərəfi:· Strateji satınalma: Şirniyyat ədədli kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.· Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.· Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki:5 gün, 09:00-18:00
Vakansiya növü: Tam ştat
Şirkət: OBA Market MMC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/oba/oba-sirniyyat-ededli-kateqoriyasi-uzre-istehsalat-ve-satinalma-mudiri-66438068/apply
ADVERTISEMENT






