Prayk

Qaynaqçı

1 100 ₼
VerifiedToday
City
Bakı
Date
Number
№3498908

Description

İş qrafiki 6 günlükdür (6-cı gün qısa iş günü) Nahar şirkət tərəfindən təmin edilir. Zavod ünvanı Xəzər rayonu, Binə. Koroğlu m/s servis şirkət tərəfindən təmin olunur. (Binədə yaşayanlara üstünlük verilir) Uyğun namizədlər "Qaynaqçı" başlıqlı qeyd edib CV-lərini mail ünvanına göndərə bilərlər. Tələblər: Qaynaqçı ixtisası üzrə təhsil və ya sertifikat. Komandada işləmək bacarığı və məsuliyyətli yanaşma. Texniki-təhlükəsizlik qaydalarını bilməli. Tapşırıqları diqqətlə və vaxtında yerinə yetirmək Vəzifə öhdəlikləri: Müasir qaynaq aparatları ilə işləməyi bacarmalıdır. Qurğularda qaynaq işlərini sərbəst surətdə yerinə yetirməlidir. İş proseduru və riski dəyərləndirməni başa düşməli və tələbləri həyata keçirməlidir. Qaynaq edərkən qaynaq prosedurunun tələblərinə uyğun işini qurmalı, qaynaq tikişlərini qaynaq prosedurunun spesifikasiyasına uyğun yerinə yetirməyi bacarmalıdır. İşləri təhlükəsiz, keyfiyyətli və vaxtında yerinə yetirməlidir. Qaynaq aparatından istifadə edərkən istehsalçı zavodun istismar təlimatına əməl etməlidir. İşə başlayarkən sahə rəisinin və yaxud növbə rəisinin növbə üçün nəzərdə tutulmuş tapşırığı ilə tanış olmalıdır. Verilmiş tapşırığı yerinə yetirməli, bu barədə şöbə rəisinə məlumat verməlidir. Temperatur rejiminə ciddi nəzarət etməlidir. Qaynaq avadanlıqlarının, arqon, avtomat və yarımavtomat qaynaq aparatların quruluşunu və işləmə qaydalarını, dəyişən və sabit cərəyanla qaynaq, qaynağın növlərini, qaynaq edilən metalların xassələrini bilməlidir. Maaş: 1100-1200 AZN Yaş: 25-55 Təhsil: Orta İş təcrübəsi: 3 ildən 5 ilə qədər

© Caucasian Vav Group boss.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

Similar listings