Prayk
Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət üzrə Menecer — Sənaye, istehsal
Negotiable

Keyfiyyətə Təminat və Keyfiyyətə Nəzarət üzrə Menecer

Verified2 weeks ago
Date
Views
26
Number
№5239551

Description

Təsvir Qanunvericilik və beynəlxalq standartlara uyğun sənədlərin hazırlanması və idarə edilməsi; Müəssisənin Keyfiyyət İdarəetmə Sisteminin (KİS) tətbiqi, monitorinqi və təkmilləşdirilməsi; Sertifikasiya və resertifikasiya proseslərinin təşkili və nəzarətdə saxlanılması; İllik daxili audit planının hazırlanması, auditlərin aparılması və nəticələrin izlənilməsi; Uyğunsuzluqların səbəblərinin təhlili və düzəldici tədbirlərin icrasına nəzarət; Struktur bölmələrə KİS üzrə metodiki dəstəyin göstərilməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi; Biznes proseslərinin təhlili, monitorinqi və optimallaşdırılmasında iştirak; Rəhbərlik üçün KİS üzrə hesabatların və statistik məlumatların hazırlanması; HACCP, qida təhlükəsizliyi və keyfiyyət standartlarının tələblərinə əməl olunmasının təmin edilməsi; Qida təhlükəsizliyi risklərinin, CCP və OPRP nəzarət tədbirlərinin izlənilməsi, uyğunsuzluqların vaxtında bildirilməsi; Müvafiq monitorinq, yoxlama və davamlı təkmilləşdirmə tədbirlərində iştirak. Tələblər Təhsil: Qida mühəndisliyi, keyfiyyətin idarə edilməsi, qida təhlükəsizliyi və ya müvafiq sahələr üzrə ali təhsil; Təcrübə: Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Biliklər: ISO 9001, ISO 22000, HACCP və qida təhlükəsizliyi standartları üzrə biliklər; Daxili auditlərin aparılması və uyğunsuzluqların idarə edilməsi üzrə təcrübə; Sertifikasiya və resertifikasiya prosesləri haqqında biliklər; Biznes proseslərinin təhlili və sənədləşdirilməsi bacarığı; MS Office proqramları üzrə biliklər; Vakansiya növü - Tam ştat İmtiyazlar Nahar təminatı Təlim dəstəyi Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə edən) Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Son müraciət tarixi: 28.11.2026

© Grand Agro MMC jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.

The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.

ADVERTISEMENT
WhatsApp